Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış müqavilə iki il müddətinə nəzərdə tutulub.

İndex.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb.

"Təbii qazın alınması ilə bağlı növbəti razılaşma: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq", - o bildirib.