Bildiyiniz kimi, ötən günlərdə Luvr muzeyində oğurluq hadisəsi olmuşdu. Oğrular binaya həm girərkən, həm də çıxarkən liftdən istifadə etmişdilər.
İndex.az xəbər verir ki, Luvr soyğununda istifadə edilən lifti istehsal edən şirkət oğurluq üzərindən reklam etməyə başlayıb.
"Lift çəkisi 400 kq-a qədər olan qiymətli əşyaları dəqiqədə 42 metr sürətlə daşıyır. Pıçıltı qədər səssizdir", - şirkətin reklamında deyilir.
