Parisdə Luvr muzeyindən oğurlanmış eksponatların dəyəri məlum olub.
İndex.az xəbər verir ki, oktyabrın 19-da Parisdəki Luvr Muzeyində oğurluq zamanı "Krallıq Cəvahiratları" bölməsindən 8 tarixi daş-qaş oğurlanıb.
Oğurlanan zinət əşyalarının maliyyə itkisi təqribən 88 milyon avro olaraq qiymətləndirilib.
Mütəxəssislər oğurluğun qeyri-peşəkar olduğunu və oğruların oğurladıqları qızıl-zinət əşyalarının dəyərinin yalnız maksimum 10%-ni qazana biləcəklərinə inanırlar.
