Bu gün Lənkəran rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İndex.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.
