Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

Bildirilib ki, hazırda onun vəziyyəti stabildir.

Qeyd olunub ki, Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb.

Mənbənin sözlərinə görə, Əsədin xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Əzzama baş çəkməyə icazə verilib.

“Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu keçmiş prezidentə sui-qəsddə ittiham etməyi planlaşdırıb, - deyə mənbə qeyd edib.