İkiqat Oskar mükafatı laureatı Kevin Spacey "The Telegraph"a verdiyi yeni müsahibəsində 2017-ci ildə cinsi təcavüz iddiaları səbəbiylə karyerası çökdükdən sonra evsiz qaldığını açıqladı.
İndex.az xəbər verir ki, Spacey bildirib ki, yeddi illik məhkəmə prosesi onu həm maddi, həm də şəxsi baxımdan tamamilə tükəndirib.
Aktyor bunu belə izah edib: "Mən otellərdə, "Airbnbs"də yaşayıram. Sözün əsl mənasında evim yoxdur, bunu deməyə çalışıram... Son yeddi ildəki xərclər astronomik olub. Çox az gəlirim var və hər şey əlimdən çıxır."
