İyul ayında Çində avtomobil satışları illik müqayisədə 14,7% artıb.

İndex.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) məlumat verib.

Bildirilib ki, yeni enerji mənbəli avtomobillərin (NEV) satışı 27,4% yüksəlib.

Yanvar-iyul aylarında isə bütün avtomobillərin satışı 12%, NEV-lərin satışı isə 38,5% artıb.

CAAM-ın proqnozuna görə, 2025-ci ildə satışlar 32,9 milyon avtomobil təşkil edəcək ki, bu da ötən ilin göstəricisindən 4,7% çoxdur.

NEV satışlarının 24,4% artaraq 16 milyon avtomobilə çatacağı gözlənilir.