İsveçrənin iri banklarının rəhbərləri deyir ki, bu bankların Çindən olan bir çox iri müştəriləri Rusiyaya qarşı sanksiyalara görə əməkdaşlıqdan imtina edirlər.
Bindex.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazır.
Ölkənin ən yaxşı 10 bankından altısının rəhbərləri yüzlərlə potensial Çindən olan müştərinin hesab açmaq barədə fikirlərini dəyişdiyini və ya pullarını bu banklarda saxlamaqdan daha çox narahat olduqlarını bildiriblər.
Nəşr yazır ki, banklar bunun onların inkişafını ləngidə biləcəyindən şikayətlənirdilər.
Başqa bir bank rəhbəri isə İsveçrənin "Rusiyadan olan müştərilərinə qarşı silaha sarılmaq üçün çox tez olduğunu" hiss edib.
Nəşrin yazdığına görə, hazırda İsveçrə bank sektorunun gəlirlərinə asiyalı müştərilər mühüm töhfə verirlər.
