Bu ilin yanvar-iyun aylarında ölkədə 62 milyard 078,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5% çox ümumi daxili məhsul istehsal olunub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9% artıb.

ÜDM istehsalının 34,9%-i sənaye, 10,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,1%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 066,1 manata bərabər olub.