Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib.

İndex.az xəbər verir ki, bunu internet kommunikasiyaları üzrə ekspert,Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz bildirib.

Onun sözlərinə görə, “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür: “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur – trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər”.

O bildirib ki, “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir: “Problemin qısa zamanda həll olunacağı gözlənilir”.