"İnstagram" qlobal böyüməsini davam etdirir və 3 milyard aktiv istifadəçiyə çatıb. CEO Mark Zukerberq bu xəbəri dünən "İnstaqram"ın "Meta" kanalında etdiyi paylaşımda açıqlayıb.

İndex.az xəbər verir ki, Zukerberq açıqlamasında izləyicilərə təşəkkür edib.

"İnstagram aylıq 3 milyard aktiv istifadəçiyə çatdı. Burada qurduğumuz cəmiyyət həqiqətən inanılmazdır. Bunun bir parçası olduğunuz üçün təşəkkür edirik", - Zukerberq deyib.

"İnstagram" istifadəçi məlumatlarını sonuncu dəfə 2022-ci ildə yeniləyib. O zaman şirkət 2 milyard istifadəçiyə çatdığını və aradakı üç il ərzində 1 milyard yeni istifadəçi qazandığını elan edərək sosial medianın ən güclü platformalarından biri kimi mövqeyini möhkəmləndirdi.