İlon Mask “Twitter”in yeni baş direktoru vəzifəsinə özünün Şiba-inu cinsindən olan itini “təyin edib”.

İndex.az xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki zarafatyana paylaşımında ev heyvanının şəklinin müşayiəti ilə məlumat yayıb.

“Twitter”in yeni baş direktoru heyrətamizdir. O, bundan əvvəlki oğlandan daha yaxşıdır! O, rəqəmlərlə işləməkdə əladır və çox əşəngdir”, -deyə iş adamı paylaşımına əlavə edib.

Fotolarda İlon Maskın Floki adlı iti kürsüdə və stol arxasında poz verir. Şiba-inu CEO yazısı olan paltar geyinib və "CEO"nun masasında pəncə izi olan kağızlar görünür.

Məlumdur ki, İlon Maskın Floki adlı itini 2021-ci ilin sentyabrında əldə edib.