"Google" çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın dövlət səfəri ərəfəsində Böyük Britaniyaya 5 milyard funt sterlinq (6,80 milyard dollar) sərmayə qoyacağını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-ın texnoloji şirkəti London yaxınlığında yeni məlumat mərkəzinin açılışını da elan etdi.

Bu mərkəz "Google Cloud", "Search", "Maps" və "Workspace" kimi süni intellektlə işləyən xidmətlərə artan tələbatı ödəməyi hədəfləyir.