UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada "Atletik"in (Bilbao) qonağı olan PSJ-nin (Fransa) avtobusu hücuma məruz qalıb.

İndex.az "RMC Sport"a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi komandanın məskunlaşdığı otelin yaxınlığında daşa basılıb.

Hadisə zamanı futbolçular avtobusun içində olmayıblar. Oyundan sonra məlum hadisəyə görə Paris təmsilçisi hava limanına getmək üçün alternativ yol axtarmalı olub.

Qeyd edək ki, Bilbaoda keçirilən "Atletik" - PSJ matçı qolsuz bərabərliklə başa çatıb.