Bu gün Finlandiya Rusiyadan 100 kilometr məsafədə, ölkənin şimal hissəsində 2,2 mindən çox hərbçi və 500 hərbi texnika vahidinin iştirakı ilə artilleriya təlimlərinə başlayıb.

İndex.az xəbər verir ki, bu barədə Finlandiyanın quru qoşunları məlumat yayıb.

Təlimlərə Polşadan da hərbçilər qatılıb. Bildirilir ki, hərbiçilər erkən qış şəraitində atış məşqləri keçirəcək, müxtəlif idarəetmə səviyyələrinin koordinasiyasını və atəş əməliyyatlarını sınaqdan keçirəcəklər.