Prezident Rəcəb Tayyib Ərdoğan Şarm əl-Şeyx Sülh Zirvəsi çərçivəsində Misirdə dünya liderləri ilə görüşüb.

İndex.az xəbər verir ki, Ərdoğan sammit öncəsi qısa söhbəti zamanı İtaliyanın baş naziri Georgia Meloniyə “Çox yaxşı görünürsən” deyib.

Meloni bu iltifata “Sağ olun, çox nəzakətlisiniz” sözləri ilə cavab verib.

Bununla belə, Ərdoğan yumoristik şəkildə “Amma sizə siqareti tərgitməliyəm” deyib.

Meloni isə gülümsəyərək “Bilirəm, bilirəm” deyə cavab verib.