J.D. Power analitik şirkəti ən yüksək keyfiyyətə malik avtomobil brendlərinin siyahısını təqdim edib.
Index.az xəbər verir ki, agentlik mütəxəssislərinin illik qiymətləndirməsi nəqliyyat vasitələri sahiblərindən daxil olan şikayətlərin sayına əsaslanır.
J.D. Power-in cari araşdırmasında 92 694 avtomobil sahibi iştirak edib və onlar istismarın ilk 3 ayında avtomobillərində aşkar edilmiş müxtəlif nasazlıqlarla bağlı 227 suala cavab veriblər.
Məlumatların təhlili göstərib ki, ən çox şikayətlər multimedia sistemlərinin funksionallığı və sensor ekranların rahatlığı ilə bağlıdır. Bundan əlavə, respondentlər tez-tez stəkan tutucularının konstruksiyasından narazılıq ediblər, çünki onlar həmişə standart stəkan və şüşə ölçülərinə uyğun gəlmir.
Bu il avtomobil sahiblərinin məmnuniyyəti üzrə lider Lexus olub. Toyota-nın bu premium bölməsində hər 100 avtomobilə orta hesabla 166 nasazlıq qeydə alınıb, halbuki, bir il əvvəl Lexus hər 100 maşına 174 qüsurla 8-ci yerdə idi. Nissan 2025-ci il reytinqində 2-ci yeri tutub (hər 100 avtomobilə 169 problem). Ötən il Nissan 6-cı yerdə idi. Hyundai 3-cü yeri (173 şikayət) tutub, onun ardınca isə Jaguar gəlir (175).
Öz növbəsində, ötən il reytinqin lideri olan RAM builki siyahıda 25-ci yerə enib. Amerikan brendinin hər 100 avtomobilinə 218 problem düşür.
Bu il ən pis göstəriciləri iki alman avtomobil istehsalçısı qeydə alıb: Audi (100 avtomobilə 269 problem) və Volkswagen (225).
Orta hesabla ənənəvi daxili yanma mühərrikli 100 avtomobilə 184 nasazlıq düşür. Adi hibrid avtomobillər üçün bu göstərici 100-ə 196, tam elektrik modellər üçün isə 100-ə 212 təşkil edir.
Ən çox şikayət olunan avtomobillər - SİYAHI
2025-07-04 02:55
Oxşar xəbərlər
Neftimizin qiyməti 66 dolları ötüb
2025-11-29 11:03
Manatın dövretmə sürəti oktyabrda artıb
2025-11-29 10:31
Britaniya Ukraynaya 10 milyon funt-sterlinq ayıracaq
2025-12-03 14:02
