Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461.066 vahid artıb və 2025-ci ilin mart ayının 1-nə 1 862 981 olub.
İndex.az bu barədə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435.264 vahid artaraq 975 186 təşkil edib.
