Əfqanıstan və Pakistan rəsmiləri bu gün İstanbulda sülh danışıqlarının üçüncü günündə bir araya gələcək.

İndex.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Belə ki, Pakistan təhlükəsizlik mənbəsi Talibanı dialoq prosesində əməkdaşlıq etməməkdə ittiham edib: “Pakistan nümayəndə heyəti sərhəd terrorizmi ilə bağlı əsas tələblərimizdə kompromis mümkün olmadığını açıq şəkildə bildirib”.

Taliban nümayəndəsi isə onların danışıqları gecikdirdiyi iddiasını yalan adlandırıb və vurğulayıb ki, müzakirələr hələ də davam edir.

“Ümumilikdə görüş yaxşı keçir və biz bir çox məsələləri dostanə mühitdə müzakirə etdik”, - o vurğulayıb.

Qeyd edək ki, Əfqanıstan və Pakistan sərhəd qarşıdurmasından sonra oktyabrın 19-da Dohada atəşkəs razılaşması əldə ediblər.