Noyabr ayında Malayziyadan yola düşməsi planlaşdırılan "M/V Piano Land" bütünlüklə müsəlman səyahətçilər üçün nəzərdə tutulacaq.
İndex.az xəbər verir ki, gəmidə 100% halal qidalar, alkoqolsuz içkilər, xüsusi ibadət yerləri olacaq və namaz vaxtları barədə məlumatlar yer alacaq.
Bu təşəbbüs məhdud menyu seçimləri, göyərtədə ağır spirtli içki istehlakı və müsəlmanlara uyğun fəaliyyətlərin olmaması səbəbindən kruiz tətillərindən qaçan milyonlarla müsəlman üçün əhəmiyyətli bir alternativ təklif edir.
