Çinin xarici ticarət profisiti bu ilin ilk 11 ayında ABŞ-a ixracatın kəskin azalmasına baxmayaraq, rekord həddə - 1,08 trilyon dollara çatıb.

İndex.az xəbər verir ki, Gömrük idarəsinin bazar ertəsi açıqladığı məlumatlara görə, ölkənin noyabr ayı ixracatı oktyabr ayında gözlənilməz enişdən sonra artıma qayıdıb.

"CNN International"ın məlumatına görə, noyabrda Çinin ümumi ixracatı dollar ifadəsində illik müqayisədə 5,9 faiz artaraq 330,3 milyard dollara çatıb. Oktyabr ayında 1.1 faizlik daralmadan sonra bu, gözləniləndən daha yaxşı bir performans idi.