Dünyanın ən böyük valyuta ehtiyatlarına sahib olan Çinin valyuta ehtiyatları martda 3,241 trilyon dollara çatıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankının məlumatında deyilir.

Bildirilib ki, bu, ötən ilin noyabrından bəri ən yüksək həddə bərabərdir. Ötən ilin noyabr ayında bu rəqəm 3,227 trilyon dollar təşkil edib.

Ötən ay yuan dollara qarşı 0,31% ucuzlaşıb. Mart ayında dollar əsas dünya valyutaları səbətinə qarşı 3,13% ucuzlaşıb.

Məlumata görə, Çinin qızıl ehtiyatları martın sonuna 73,7 milyon unsiya təşkil edib ki, bu da bir ay əvvəlki 73,61 milyon unsiyadan artıqdır. Çin Mərkəzi Bankı ardıcıl beşinci aydır ki, qiymətli metalı alır.

Dəyər ifadəsində qızıl ehtiyatları fevral ayının sonundakı 208,64 milyard dollardan 229,6 milyard dollara yüksəlib.