Çinli tədqiqatçılar süni bətni olan, döl daşıya və doğa bilən insanabənzər robot üzərində işləyirlər.
İndex.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti yazır.
Nəşrin məlumatına görə, prototipin gələn il buraxılması planlaşdırılır və onun qiyməti təxminən 100 min yuan (təxminən 13,929 mii dollar) təşkil edəcək.
Bu istiqamətdə işləri Sinqapurdakı Nanyanq Texnologiya Universitetinin professoru Çjanq Çifenq aparır. O izah edib ki, robot mayalanmadan doğuşa qədər tam prosesi təkrarlayır. Döl amniotik maye ilə doldurulmuş süni bətndə inkişaf edir və xüsusi boru vasitəsilə qidalanır.
Alim qeyd edib ki, süni bətndaşıma texnologiyası artıq işlənib hazırlanıb, indi onun vəzifəsi robotun bədəninə inteqrasiya etməkdir. Bu, döl daşınması üçün insan və maşın arasında qarşılıqlı əlaqə qurmağa imkan verəcək. Eyni zamanda, o, mayalanma və yumurta hüceyrəsinin implantasiyası haqqında təfərrüatları açıqlamayıb.
“Chosun Ilbo” bu cür inkişaflara marağı Çində sonsuzluğun artması ilə əlaqələndirir. “The Lancet” jurnalında dərc olunan tədqiqatın məlumatlarına görə, ölkədə sonsuzluq səviyyəsi 2007-ci ildəki 11,9%-dən 2020-ci ildə 18%-ə yüksəlib. Bu fonda, Pekin də daxil olmaqla bir sıra regionların hakimiyyət orqanları, EKO və süni mayalanma prosedurlarını tibbi sığorta sisteminə daxil etməyə başlayıblar.
