Çində dünyanın ən hündür avtomobil körpüsü olacaq yeni bir körpü inşa edilib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, tikili dəniz səviyyəsindən 625 metr hündürlüyə çatır və uzunluğu təxminən 3 kilometrdir.

Körpü Huajiang kanyonu və Beipan çayının üzərindən keçir. İndi qarşı tərəfə çatmaq üçün cəmi bir dəqiqə lazımdır.

Parametrlərinə görə bu körpü əvvəlki rekordçu - eyni çayın yuxarı axınında 200 kilometr məsafədə yerləşən Duje körpüsünü üstələyir.

Yeni körpünün təntənəli açılışı bu ilin iyun ayında planlaşdırılır.