Azərbaycanda 400-ə yaxın yaşayış məntəqəsinin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli deyil.

İndex.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu günə ölkədə 800 yaxın qazlaşmayan yaşayış məntəqəsi var, onların isə tam yarısının qazlaşması perspektivi görünmür, iqtisadi səmərəli deyil: “Qazlaşmamış məntəqələrin sayı böyük görünsə də onların sırasında elələri var ki, cəmi 7-15 evdən ibarətdir (evlər də biri birində böyük məsafədə yerləşir) və magistral kəmərlərdən uzaqda yerləşirlər. Biz çalışırıq ki, ərazi magistral kəmərlərə yaxın və iqtisadi cəhətdən əlverişli olsun ki, biz az vəsaitlə daha böyük həcmdə qazlaşma işləri həyata keçirdə bilək”.

R.Əliyev əlavə etdi ki, hazırda respublika üzrə qazlaşma səviyyəsi 96,3%-dir.