Çinin kamera və stabilizator istehsalçısı “Insta360” şirkəti daxili bir çağırışa başladıb.
İndex.az xəbər verir ki, bu barədə “City News Service” nəşri məlumat verib.
Nəşrin yazdığına görə, hər arıqlanan 0,5 kq üçün işçilər 500 yuan (təxminən 70 dollar) alacaq. Eyni çəkini artırdıqda isə içşilər 800 yuan (təxminən 110 dollar) cərimə ödəyəcəklər.
Layihə tez bir zamanda “Weibo” sosial şəbəkəsində populyarlaşıb və 6,5 milyondan çox baxış toplayıb. Hazırda şirkətin 99 işçisi bu layihədə iştirak edir. Onlar birlikdə 950 kq arıqlayıb və işəgötürəndən 1 milyon yuan (təxminən 140 min dollar) alıblar.
“Insta360”-nın rəsmisinin sözlərinə görə, hələ heç kimə cərimə təyin edilməyib, aksiyasının məqsədi isə işçilərin sağlamlığını dəstəkləmək və iş yerində pozitiv atmosfer yaratmaqdır.
Çində buna bənzər təşəbbüslər artıq həyata keçirilib. Fevralda qida əlavələri istehsalçısı “Wonderlab” şirkəti çəki azaltma üzrə bir aylıq müsabiqə təşkil edib. 224 əməkdaş təxminən 750 kq çəki itirib və 171 min yuan (təxminən 23 min dollar) qazanıblar. İştirakçılardan biri 16,4 kq arıqlayıb və 7,5 min yuandan çox (1000 dollardan artıq) qazanıb.
Bununla belə, ekspertlər belə aksiyalara ehtiyatla yanaşmağı məsləhət görürlər. Onlar xatırladırlar ki, işəgötürənlər şəxsi məlumatları qorumalı və işçilərdə əlavə stress yarada biləcək vəziyyətlərdən, məsələn, çəki artımına görə cərimələrdən qaçmalıdırlar.
