Cənub-Şərqi Asiya ölkəsi Malayziyanın rabitə naziri Fəhmi Fadzil, gələn ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesablarının açılmasının qadağan ediləcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, nazir Fəhmi bildirib ki, yeni yoxlama qaydaları uşaqların onlayn təhlükəsizliyini gücləndirmək üçün hökumətin səylərini artıracaq.
Fəhmi bütün platformalarda istifadəçi hesabları yaradarkən yaşın yoxlanılmasının tələb olunacağını və bu yoxlamanın rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçirilməli olduğunu vurğulayıb.
