Bu gün Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, oktyabrın 10-da saat 10:00-dan etibarən təmir işlərinin görülməsi  planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.