Bu gün Bakının bəzi mərkəzi küçələrində su kəsiləcək.

İndex.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.