Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
