"Qarabağ" yatağında bu ilin sonunadək tammiqyaslı işlər proqramının yekunlaşdırılması planlaşdırılır.
İndex.az xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Qarabağ" yatağı üzrə işlərdə növbəti mərhələyə keçid üçün hazırlıq aparılır:
"İlin sonunadək tammiqyaslı işlər proqramını tamamlamayı planlaşdırırıq. Proqram yekunlaşdıqdan sonra gələn il seysmik tədqiqatlara başlayacağıq. Həmin tədqiqatlar bitdikdən sonra yatağın gələcək işlənməsi ilə bağlı konkret konsepsiya və planları təqdim edəcəyik".
B. Aslanbəyli əlavə edib ki, konsepsiya təsdiqləndikdən sonra "Qarabağ" yatağından həm neft, həm də qaz hasil olunacaq.
