Dünyanın aparıcı kriptovalyutası – bitkoin 24 min ABŞ dollardan çox bahalaşıb.
İndex.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 11,53% bahalaşaraq 24,673 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 476 milyard 081 milyon 405 min ABŞ dolları kimi artıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 9,11 % artaraq 1,691 min ABŞ dolları olub.
Kriptovalyuta bazarının toplam dəyəri 1 trilyon 115 milyard 800 milyon 231 min ABŞ dollarına çatıb.
