“Birmarket” (Umico) onlayn ticarət platformasının çatdırılma xidmətində problemlər üzə çıxıb.

İndex.az Yurd.Media-ya istinadən xəbər verir ki, qulaqlıq sifariş edən Rəşad Zamanov adlı müştəri 2 həftədən çoxdur məhsulun göndərilmədiyini bildirilb.

Sosial mediada şikayətini qeyd edən R.Zamanov bildirib ki, "Birmarket" tətbiqindən noyabrın 7-də onlayn "AirPods 4" qulaqlığı sifariş edib. Sifariş zamanı çatdırılma tarixi noyabrın 11-i olaraq göstərilib. Lakin üzərindən iki həftə keçsə də, məhsul hələ də müştəriyə təhvil verilməyib.

Müştərinin sözlərinə görə, şirkət hər zəng zamanı problemi "texniki nasazlıq" kimi izah edir və hər gün SMS vasitəsilə məhsulun həmin gün çatdırılacağı ilə bağlı bildiriş göndərilir. Lakin çatdırılma baş tutmur:

“Elə bil ki, məhsulu okeanın o biri tərəfindən gətirirlər. Ayın 11-dən bu günə qədər hər gün zəng edirəm, eyni cavab: "texniki problemdir". İki həftə ərzində bir texniki problem həll olunmursa, bu artıq məsuliyyətsizlikdir”.