Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 51,2 ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,5 milyon ABŞ dolları və ya 2,8% azalıb.
Qeyd edək ki, bu ilin yanvarın 5-də keçirilən sonuncu hərracda bankların dollar tələbi 52,7 mln. ABŞ dolları təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
