Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat qeyri-işlək krediti silib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, silinmələrin 61,1 %-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9 %-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub.