Bu gün Bakının Pirallahı və Nəsimi rayonlarında bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə  aprelin 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə  Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.