Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,8 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən 10 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 %-ini inşaat, yenidənqurma və bərpa, 7,1 %-ini əsaslı təmir, 4,1 %-ini cari təmir, 2,9 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 83 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,8 %-ini cari təmir, 3,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,8 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.