SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İndex.az "Azəriqaz"a istinadən xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəki şəhərində görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq . “Səyyar qəbul otağı” yanvarın 25-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
