“Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” səhifəsi üzərindən avqust ayının 17-də saat 15:00-da canlı yayımı planlaşdırılır.
Bu barədə İndex.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, canlı yayım zamanı Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək, həmçinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev abonentlərin müraciətlərini cavablandıracaqlar.
