Şəhid atası Abbasqulu Nəcəfovun SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb. Birlik tərəfindən qısa müddət ərzində şəhid ailəsinin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi yaşayış evinə qaz xətti çəkilərək qaz sayğacı quraşdırılıb.
Bu barədə İndex.az-a “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Abbasqulu Nəcəfovun oğlu Hüseyn Nəcəfzadə bu ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olub.
Daha ətraflı:
https://youtu.be/iGw4B4elrPk
