SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçiriləcək.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, Salyandakı sahibkarlarla görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq. Aksiya Təzəkənd ərazisində qazpaylayıcı stansiyasının (QPS) qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” dekabr ayının 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
