Bu ilin yanvar-oktyabr aylarında "AzerGold" QSC 196,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86,3 milyon ABŞ dolları və ya 78,4 % çoxdur.
Xatırladaq ki, 10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.
