Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 47 mənzil və ya 29 % azdır.
Ümumiyyətlə isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 988 mənzil alıblar ki, bu, da ötən ilin 9 ayı ilə müqayisədə 32 mənzil və ya 3,14 % azdır.
Qeyd edək ki, 9 ay ərzində Türkiyədə xarici vətəndaşlara 50 173, ötən ay isə 5 104 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 32,2 % çox və 23,9 % azdır.
