Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 087 mənzil alıblar.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 mənzil və ya 4,6 % azdır.

Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 99 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 21 mənzil və ya 17,5 % azdır.

Ümumilikdə isə bu ilin 10 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 55 608, ötən ay isə 5 435 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 26,64 % çox və 8,85 % azdır.