Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 mənzil alıb.
Bu barədə İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 62 mənzil və ya 1,95 % azdır.
Bu ilin yanvar-iyul aylarında isə azərbaycanlılar Türkiyədə 767 mənzil alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 mənzil və ya 6,53 % çoxdur.
Ümumilikdə, bu ilin 7 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 39 729, ötən ay isə 3 974 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 57 % çox və 12,9 % azdır.
Ötən ay Türkiyədə ən çox mənzil alanlar Rusiya, İran və İraq vətəndaşları olub. Belə ki, rusiyalılara ötən ay 1 228, yanvar-iyul aylarında isə 6 877 mənzil satılıb. İran vətəndaşları bu ölkədən olanlar ötən ay Türkiyədə 431, yanvar-iyul aylarında isə 5 315 mənzil alıb. İraq vətəndaşları isə Türkiyədə iyulda 380, ilk 7 ay ərzində isə 4 405 mənzilə sahib olub.
