Bu ilin ilk 8 ayında Azərbaycanda 439,5 min kubmetr tikinti kərpici istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.

Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, ölkədə 10,1 min kubmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.