Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 407,9 milyon kVt/saat enerji edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 13 % çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 18 milyard 321,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Bunun 17 milyard 708,4 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,4 % çoxdur.
Bunun 2 milyard 257,2 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 6,6 % çoxdur.
Bunun 15 milyard 009,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə 0,4 % çoxdur. Ondan, 146,7 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisidir ki, bu da bu da 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə 1,4 % azdır.
Hesabat dövründə Azərbaycanda 33,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə 13,5 % azdır.
