Azərbaycan İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı ixrac edib.

Bu barədə İndex.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu ilin avqust ayında Agentlik tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Belə ki, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3,6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.