Dövlət bankı “Azər Türk Bank” yeni, unikal və daha sərfəli əməkhaqqı kartı məhsulunu korporativ müştərilərinə təqdim edir.

Belə ki, layihəsi çərçivəsində Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərinin əməkdaşları üçün nəzərdə tutulan əməkhaqqı kartı ilə “” məhsulunun funksiyaları birləşdirilərək vahid kart yaradılmışdır.

Yeni “ATB Card” əməkhaqqı kartı tam funksionallıdır və onun əsas özəlliyi bu kart vasitəsilə ticarət və xidmət müəssisələrində edilən ödənişlərin 30%-dək hissəsinin olaraq hesaba qaytarılması və kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanmasıdır.

Kart sahibləri, həmçinin, həm “Azər Türk Bank”a məxsus, həm də ölkədə fəaliyyət göstərən digər bankların ATM və POS-terminalları vasitəsilə vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malikdirlər.

ATB360 Mobil əlavə, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsizdir. Banka məxsus ATM, internet səhifəsi və vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmur.

Əməkhaqqı kartlarını korporativ müştərilər üçün rahat və etibarlı “” internet bankçılıqdan onlayn sifariş etmək mümkündür.

Bankın biznes məhsullarından istifadə üçün onlayn qaydada hesab açmaq daha rahatdır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp , yaxud 945 nömrəli əldə edə bilərsiniz.