Dövlət bankı “Azər Türk Bank” qardaş Türkiyə Cümhuriyyətində baş vermiş çox ciddi dağıntı və itkilərə səbəb olan təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım məqsədilə 50 000 manat məbləğində ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hesabına köçürülüb.

“Azər Türk Bank” müştərilərinin nəzərinə çatdırır ki, Bankda olan fiziki və hüquqi şəxslərin hesablarından Türkiyə banklarında fiziki şəxs və yardım qurumlarına aid hesablara pulköçürmə edilən zaman heç bir komissiya tutulmur.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı  saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp , yaxud 945 nömrəli  əldə edə bilərsiniz.